ATƏT-in söz azadlığı üzrə komissarı Mikloz Harazti Bakıya gəlib

img

07-09-2009 [11:41]


ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti dünən axşam Bakıya gəlib. Bu barədə ATƏT-in Bakı ofisinin??? məlumat veri??b. Səfərdə məqsəd Azərbaycanda medianın və mətbuatın vəziyyəti ilə tanış olmaqdır. Səfər sentyabrın 11-dək davam edəcək. M. Haraşti səfər çərçivəsində dövlət rəsmiləri, QHT təmsilçiləri, ATƏT-ə üzv ölkələrin Bakıdakı səfirləri ilə görüşəcək. ATƏT nümayəndəsi eyni zamanda Azərbaycan dilinə tərcümə olunan "Medianın özünü tənzimlənməsinə dair təlimat kitabçası"nın təqdimat mərasimində iştirak edəcək. Senytabrın 10-da isə Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA