?Ərdoğan hökumətinin uzaqgörən siyasətinə etibar etməkdən bazqa yolumuz yoxdur?

img

05-09-2009 [12:21]


?Türkiyənin indiki hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinin qorunub saxlanması, həmçinin Qarabağın işğaldan azad edilməsi üçün mümkün olan bütün addımları atdığını gorüb dəyərləndirməmək ən azından ədalətsizlik olardı?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Türkiyə-Ermənistan arasında münasibətlərin qurulması ilə bağlı gedən prosesə münasibət bildirərkən deyib. AİDP sədri hesab edir ki, indiki halda regionda öndə gedən Ərdoğan hökumətinin uzaqgörən siyasətinə etibar etməkdən başqa yolumuz yoxdur: ?Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyəni birləşdirən iki mühüm dəyər var. Bunlar İslam və milli ruhiyyədir. Bu iki mühüm dəyər hər iki ölkəni bir-birinə bağlayır. Məncə Türkiyənin indiki hökumətində təmsil olunanlar İslam və milli ruhiyyəli, əxlaqlı, mənəviyyatli, işlərində sabitqədəmli və doğruçu olduqlarıni ötən illər ərzində sübut ediblər?. T.Abbaslının fikrincə, Türkiyənin sərhəd açılımı ilə bağlı apardığı siyasət həm Türkiyənin, həm Azərbaycanın, həm də regionda olan digər qonşu ölkələrin təhlükəsizliyinə hesablanmış siyasətdir: ?Bu mənada məsələni ciddi şəkildə araşdırıb sonra münasibət bildirmək lazımdır?. AİDP sədri onu da bildirib ki, məsələni bu şəkildə tündləşdirmək Azərbaycan-Türkiyə münasibətlərinə sarsıdıcı zərbə vurmaq istəyənlərin əlinə rəvac verə bilər: ?Bu gün dost itirən vaxtimiz deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA