BMT iqlim dəyizikliyi ilə bağlı həyacan təbili çaldı

img

03-09-2009 [05:43]


BMT iqlim dəyişmələri probleminə ciddi reaksiya verir və bu məqsədlə Planetimizin gələcəyini xilas edilməsinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürür. BMT 2009-cu il üçün dünyadakı sosial iqtisadi vəziyyətin İcmalını hazırlayıb. ?Ekologiyaya zərər verməyən İnkişafa təkan? adlanan BMT-nin bu ilki hesabatında bildirilir ki, iqlim dəyişmələri probleminin həlli üçün az tullantılı texnologiyalara investisiyalar və inkişafda olan ölkələrdə səmərəli strategiyaların həyata keçirilməsi zəruridir. BMT-nin Baş katibi Ban ki Munun Şimal Qütbünə səfəri ilə əlaqədar etdiyi qeydlərdə isə daha ağır vəziyyətin şahidi olmaq mümkündür. Qeydlərdən görünür ki, Arktikada iqlim dəyişmələri dünyanın digər hissələrində olduğundan daha sürətli baş verir: ?İqlim dəyişmələrin dünyamızın kövrək hissəsi olan Arktikaya nə dərəcədə təsir etdiyini öz gözlərimlə müşahidə etmək üçün mən bura gəlmişəm. Buzlar sürətlə əriyərək dənizə tökülürlər və bura gələrkən müşahidə etdiyim kimi, bir çox aysberqlər, buzlaqlar suda əriyərək məhv olurlar. Doğrusu, bu çox təlaşverici vəziyyətdir. Mən Arktikadan bütün dünya əhalisini, xüsusən dünya liderlərini Yer Kürəsini qorumaq, gələcək nəsillərə dayanıqlı əsaslarda əlverişli ətraf mühit ötürmək üçün dərhal fəaliyyətə keçməyə çağırıram. Arktikadakı buzlaqları müşahidə edən alimlər mənə bildirdilər ki, bura ən sürətli iqlim dəyişmələrinin getdiyi bölgədir, biz illik 150 m3 buzlaq itiririk, bu isə ilə 150 milyard tondur. Bu, bir dəhşətdir. Biz iqlim dəyişmələri ilə lazımı şəkildə mübarizə apararaq bu vəziyyətin qarşısını almasaq, insanlıq ağır fəsadlarla üzləşəcək. 2030-cu ilə qədər dəniz səviyyəsinin 2 metrə qədər qalxacağı gözlənilir və bu da hazırkı vəziyyətin qarşısını almaq üçün əlavə bir səbəbdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA