Sabah həbsdə olan AMiP fəalı Musa Rahimin məhkəməsi bazlayır

img

03-09-2009 [05:40]


Sabah AMİP İmişli Rayon Təşkilatının fəalı, siyasi məhbus Musa Rahimin cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətinə baxılacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Nərimanov rayon məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesində Musa Rahimin hüquqlarını tanınmış vəkil Əli Ələkbərov müdafiə edəcək. Xatırladaq ki, Musa Rahim 23 avqust 2007-ci ildə həbs edilmiş, həmin ilin 1 noyabrda İmişli rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2-ci (dövlət qulluqçusuna qarşı xuliqanlıq) və 315-ci maddələri ilə (ictimai qaydanı kobud surətdə pozmaq) təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Musa Rahim artıq cəzasının 1/3-ni Bakı şəhərindəki 10 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA