Mübariz Əhmədoğlu: ?Amerika Ermənistanın Türkiyə qarzısında sınmasına imkan vermədi?

img

03-09-2009 [03:29]


Bu gün ?Ria Novosti? Agentliyinin konfrans zalında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2009-cu ilin avqust ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsindən söz açan M.Əhmədoğlu deyib ki, ən çox Türkiyə və Ermənistan arasında sənədlərin imzalanması, bunun mətbuatda açıqlanması demək olar ki, üzümüzə gələn ayın bütün mənzərəsini dəyişib: ?Mən belə başa düşürəm ki, Amerika Ermənistanın Türkiyə qarşısında sınmasına imkan vermədi. Ermənistan cəmiyyəti bütün ağır şərtlərlə Türkiyə ilə münasibətləri qurmağa hazır idi. ?Daşnak? Partiyası ən qatı millətçi partiya olsa da, amma o partiya belə, Ermənistan prezidentinin Türkiyəyə səfərinə etiraz etmirdi. Hətta açıq-aşkar deyilirdi ki, Ermənistan prezidenti guya həm soyqırım məsələsində güzəştə gedib, həm də Qarabağı satıb. Amma Ermənistan prezidenti Türkiyəyə getməlidir?. M.Əhmədoğlunun fikrincə, Ermənistan cəmiyyətində, siyasi aləmində belə mövqeyin olduğu bir dövrdə Amerika Türkiyəyə təzyiq etdi ki, Qarabağ məsələsindən vaz keçməklə, Ermənistanla əlaqələri normallaşdırmaq protokoluna imza atsın: ?Mən həm sıravi azərbaycanlı kimi, həm də ekspert kimi bu məsələdən çox narahatam. Türkiyə kimi bir dövlətin kiminsə təzyiqini qəbul etməsi mənə ağır gəlir. Amma bu faktdır və bundan qaçmaq mümkün deyil?. Keçən bir il ərzində ermənilərin maraqlarına zidd olan, onların heysiyyatına toxunan ən azı iki prosesin baş verdiyini deyən M.Əhmədoğlu bildirib ki, 24 aprel ?erməni soyqırımı? ərəfəsində, yəni aprelin 23-də İsveçrədə Ermənistanla Türkiyə arasında ?Yol xəritəsi? imzalandı: ?Tarixçilərdən ibarət komissiyanın yaradılmasını da nəzərdə tutan sənədə rəsmi Yerevanın imza atması Ermənistan rəhbərliyinin ?erməni soyqırımı?nı şübhə altına almaqdan başqa bir şey deyil. Türkiyə ilə münasibətlərin normallaşması təşəbbüsü Ermənistana, şəxsən onun prezidenti Sərkisyana məxsusdur. Ermənistan siyasətçiləri və rəsmiləri həm ?soyqırım?ın, həm də Dağlıq Qarabağın satıldığını bilə-bilə Türkiyə ilə sərhədlərin açılmasını, prezident Sərkisyanın Türkiyəyə getməsinin zəruriliyinin əsaslandırdığı bir dövürdə gözlənilmədən Türkiyə Ermənistana güzəştə getdi. Türkiyənin güzəştə getməsinin əsas səbəbkarı ABŞ oldu. Bu məsələdə ən həlledici vasitə ABŞ-ın Dövlət katibi H.Klintonun Ermənistan və Türkiyə rəhbərlərinə etdiyi zənglərdir. Yəni Amerika Ermənistana sınmağa imkan vermədi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA