Sərdar Cəlaloğlu Türkiyə ilə Ermənistanın yaxınlazmasında Elmar Məmmədyarovu suçlayır

img

02-09-2009 [02:59]


?Hələ bir müddət əvvəl Ermənistanla sərhədlərin açılması məsələsi gündəmə gələndə ictimaiyyətin ciddi təpkisi oldu və Türkiyə geri çəkildi. Mən o zaman da demişdim ki, bu, məsələnin gündəmdən çıxması demək deyil. Hakimiyyət də tələm-tələsik bəyanat verdi ki, sərhədlərin açılması ilə bağlı Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı yoxdur. Əslində, Azərbaycan Xarici İşlər Nazirliyi bu, geri atılmış addımı daha da möhkəmləndirməliydi ki, belə bir məsələ ortaya çıxmasın?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ADP sədri Sərdar Cəlaloğlu Türkiyə və Ermənistanın 'Diplomatik Əlaqələrin Təsisi Protokolu' ilə 'İkili Əlaqələrin İnkişaf etdirilməsi Protokolunu' paraflamaqla bağlı razılığa gəlmələrinə şərh verərkən deyib. Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyənin və beynəlxalq ictimaiyyətin müvəqqəti olaraq geri addım atması əslində sonradan daha böyük qərarların verilməsinə hazırlıq rolunu oynayıb. S.Cəlaloğlu Türkiyənin bu addımını qısaca şərh də edib: ?Birincisi, Türkiyə bu addımı Amerikanın və Avropanın təzyiqi altında atır. Bu addımda Türkiyənin də, Azərbaycanın da qazandığı nələrsə var. Düzdür, bu, birbaşa Qarabağ problemi ilə bağlı deyil. Türkiyənin iqtisadi maraqları kifayət qədər təmin olunacaq. Azərbaycan isə uduzacaq. Bir halda ki, biz baş verən hadisənin qarşısını ala bilmirik, onda onun nəticəsini aradan qaldırmaq üçün baş sındırmalıyıq. Türkiyə-Ermənistan sərhədləri açılandan sonra Azərbaycanın mövqeyi zəifləyəcək. Biz elə addım atmalıyıq ki, bu status-kvonu saxlayaq?. ADP sədri Azərbaycanın Xarici İşlər Nazirliyini ittiham etməyi də unutmayıb: ?Yuxarıda sadaladıqlarım Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəsidir. Təəssüf ki, bu nazirlik strateji siyasət aparmır, hadisələrin quyruğunda sürünür. Bu gün XİN rəhbərliyindən soruşmaq lazımdır ki, Türkiyə sərhədlərin açılması ilə bağlı geri addım atandan sonra hansı işi görmüşdü və necə oldu ki, yenidən bu məsələni gündəmə gətiriblər? Bəs hanı sizin diplomağtik korpus kimi gördüyünüz işlər? Görünən odur ki, heç bir iş görməyiblər. Real vəziyyət budur. Mənə elə gəlir ki, Türkiyə Ermənistanla sərhədləri açacaq. Sadəcə, biz elə addım atmalıyıq ki, Azərbaycanın maraqlarına dəyən ziyanı kompensiyasiya edək. Bunun üçün xarici işlər naziri düşünməlidir. Lüks həyat tərzi keçirmək, bahalı xarici avtomobillərdə gəzib, hərdən bir bəyanat vermək isə işləmək deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA