Erməni Azərbaycan idmançısı ilə döyüzməkdən imtina edib

img

02-09-2009 [01:15]


Gürcüstanın Batumi şəhərinin Ureki qəsəbəsində əlbəyaxa döyüş üzrə qızıl kəmər uğrunda döyüşlər keçirilib. Yarışda Azərbaycanı 18 idmançı təmsil edib. Döyüşçülərimiz vətənə 12 qızıl, 3 gümüş və 3 bürünc medalla dönüblər. Azərbaycan Əlbəyaxa Döyüş Klubunun prezidenti və məşqçisi Səməd İbrahimov öz aktivinə 3 qızıl medal yazdırıb. 90 kq-dan ağır çəki dərəcəsində çıxış edən Elşad Ömərov yarımfinalda erməni döyüşçüsü ilə qarşılaşmalı idi. Ancaq erməni döyüşçü Elşad Ömərovla döyüşməkdən imtina edib. Finala vəsiqə qazanan Elşad Ömərov gürcü idmançısını məğlub edərək qızıl medalı aktivinə yazdırıb. Əlbəyaxa döyüş klubuna digər iki qızıl medalı 85 kq çəki dərəcəsində rinqə çıxmış Anar Cəfərov və 65 kq-da mübarizə aparmış Elvin Mustafayev qazandırıb. ?Məhəmməd Əli? idman klubunun baş məşqçisi Bəhruz Çıraqov da adını qızıl medal qazananların sırasına yazdırmağı bacarıb. Azərbaycan komanda hesabında ümumilikdə 18 medalla ikinci yerdə başa vurub. Yarışın qalibi adını isə Gürcüstan yığması qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA