Cüdoçumuz Elmar Qasımov irəvanda qızıl medal qazandı

img

14-09-2009 [11:35]


İrəvanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Cüdoçumuz Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. İdmançımız çexiyalı Lukaş Krpaleki məğlub edib. ANS-ə açıqlamasında Elmar Qasımov bildirib ki, qələbəsini Qarabağ şəhidlərinin ruhuna həsr edir. Beləliklə, İrəvana gedən 5 cüdoçumuz elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş ayarlıdır. Digərləri isə bürünc medallardır. Qeyd edək ki, yarışda 81 kq çəki dərəcəsində mübarizə aparan həmvətənimiz Ramin Qurbanov dünən bürünc medal uğrunda mübarizədə ukraynalı Aleksandr Derkaçla qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan cüdoçumuz yarışın bürünc medalına layiq görülüb. Yarışın ilk günündə tatami üzərinə çıxan İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA