Elmira Süleymanova Almaniya bundestaqının deputatı ilə görüzüb

img

02-09-2009 [12:55]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniya Bundestaqının üzvü Yorq Tauss ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Süleymanova Azərbaycan Ombudsmanı təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb. Müvəkkil insan hüquqları sahəsində tanınmış alman mütəxəssisləri, Almaniya İnsan Hüquqları İnstitutunun əməkdaşları A.Müller və F.Zaydenştikerin ?BMT saziş orqanları çərçivəsindəki prosesdə milli insan hüquqları təsisatlarının rolu? kitabının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə ombudsman təsisatında Azərbaycan dilinə tərcümə olunduğunu, nəşr edildiyini söyləyib və həmin nəşri qonağa təqdim edib. Y.Tauss Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətini, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə çoxsaylı təşəbbüslərini, reallaşmış təkliflərini yüksək dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA