Azərbaycan XiN-i Türkiyə-Ermənistan yaxınlazması barədə rəsmi mövqe bildirib

img

01-09-2009 [03:55]


Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan Xarici İşlər Nazirlikləri ilə İşveçrə Konfederasiyasının Xarici Əlaqələr Departamentinin yaydığı bəyanata münasibət bildirib. Türkiyə-Ermənistan münasibətlərinə dair 31 avqust 2009-cu il tarixli birgə bəyanatla bağlı olaraq bildirilir ki, məsələ ilə bağlı Azərbaycan tərəfi Türkiyənin yüksək rəsmilərinin səsləndirdiyi çoxsaylı açıqlamalara əsaslanır. ?Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də Azərbaycanın Milli Məclisində çıxışı zamanı vurğulayıb: ?Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlanıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağılıdır, ayrı salına bilməz??. Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur: ?Lakin bu halda məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aid olduğunu nəzərə alaraq Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA