Türkmənistan Xəzərdə hərbi baza yaradır

img

31-08-2009 [05:51]


Xəzərin bölünməsi məsələsində Azərbaycanla yenidən qarşıdurmaya gedən Türkmənistan diplomatik və hüquqi müstəvilərdə atılan addımlardan sonra silaha əl atıb. Prezident Qurbanqulu Berdıməhəmmədov ötən bazar günü hökumətin müşavirəsi zamanı bəyan edib ki, Türkmənistan qısa müddət ərzində Xəzərdə özünün hərbi bazasını quracaq. ?RİA Novosti? agentliyinin məlumatına görə,Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını açan Berdıməhəmmədov deyib ki, Türkmənistan quru sərhədləri ilə yanaşı dəniz sərhədlərinə də malikdir və bu sərhədləri diqqətlə qorumaq lazımdır. ?Bununla bağlı mən hökumətə dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı xüsusi tapşırıq vermişəm. Hazırda bu istiqamətdə tədbirlər görülür, biz dəniz sərhədlərimizin başqalarının müdaxiləsindən qorumaq üçün hərbi qüvvələrə malik olmalıyıq?, - deyə Berdıməhəmmədov bildirib. Türkmənistan prezidentinin dediyinə görə, ölkənin dəniz akvatoriyasının lokator və optik sistemlərlə qorunması üçün effektiv mexanizm qurulacaq. Həmçinin sərhəd qoşunlarının sərəncamına dəniz sərhədlərinin mühafizəsi üçün müasir hərbi katerlər alınacaq. Bu katerlərin torpedo tipli raketlərlə silahlanacağı da bildirilir. Berdıməhəmmədov əlavə edib ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Müdafiə Nazirliyinin və Sərhəd Xidmətinin Xəzərdə bazaları qurulmalıdır. Həmin hərbi bazalarda qüvvələr daimi əsasda yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA