Kolumbiya prezidenti Alvaro Uribe ?donuz qripi?nə yoluxub

img

31-08-2009 [03:06]


Kolumbiya prezidenti 57 yaşlı Alvaro Uribe A/H1N1 virusuna yoluxub. Xəstəliyin simptomlarının Uribedə hələ avqustun 28-də müəyyən edildiyi bildirilib. O, özünü Cənubi Amerika liderlərinin zirvə toplantısında pis hiss edirmiş. Xəstəlik müəyyən olunduqdan dərhal sonra prezident xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Kolumbiya prezidnetinin əlaqədə olduğu şəxslər, o cümlədən iştirak etdiyi sammitin iştirakçılarına xəbərdarlıq edilib. Kolumbiyada 621 nəfər "donuz qripi" virusuna yoluxub, onlardan 29-u artıq dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA