QAT Azərbaycan cüdoçularının Ermənistana səfəri ilə bağlı aksiya keçirəcək

img

29-08-2009 [03:32]


Qarabağ Azadlıq Təşkilatı Azərbaycan cüdoçularının Ermənistana səfəri ilə bağlı etiraz aksiyaları keçirməyi düşünür. Təşkilatın sədri Akif Nağının sözlərinə görə, QAT bu barədə xəbər yayılan gündən öz etirazını bildirib və Gənclər və İdman Nazirliyinə bu səfərdən geri çəkilməklə bağlı təklif verib: ?Bizim bu etirazlarımızdan sonra Azad Rəhimovun dilindən səsləndi ki, həmin idmançılarla özü Ermənistana gedəcək və cüdoçuların təhlükəsizliyi təmin olunacaq. Amma Azad Rəhimov məsələnin mahiyyətini başa düşməyib?. A.Nağı bildirib ki, onlar idmançıların təkcə təhlükəsizliyini nəzərə alaraq bu səfərə etiraz etmirlər, ümumiyyətlə Dağlıq Qarabağ ermənilərin işğalı altında olduğundan bu ölkəyə hər hansı formada səfər etmək təşkilat tərəfindən qəbul olunmur: ?Ötən il də Azad Rəhimov erməni güləşçilərini Bakıya dəvət etmişdi, o zaman da QAT-la Gənclər və İdman Nazirliyi arasında kəskin qarşıdurma oldu. O vaxt Azad Rəhimov mənə məlum olmayan bir maraqlı fakt açıqladı ki, o Əhməd Ağaoğlunun nəvəsidir. Əhməd Ağaoğlu isə erməni terroruna qarşı ilk və yeganə təşkilat yaradan bir şəxsiyyət olub. O həmişə ermənilərin hədəfində olub, 1921-22-ci illərdə də bir sıra Azərbaycanın dövlət xadimləri ermənilər tərəfindən qətlə yetirildi və bu siyahıda Əhməd bəy Ağaoğlunun da adı var. Yəni belə bir şəxsiyyətin nəvəsi bu gün belə bir mövqedən çıxış edirsə, mən buna söz tapa bilmirəm. Ona görə də Azad Rəhimov və başqaları oturduqları kresloları fikirləşirlər. Amma onlara məsləhət görürəm ki, o kreslonun müvəqqəti olduğunu bilsinlər. Vaxtilə bir nazir vardı - gedib Ermənistanda onlarla qol-boyun olub oynayırdı, onların sağlığına badə qaldırırdı, - indi həbsxanadadır. Yəni həyat hər şeyi dəyişir. Ona görə də vəzifəyə görə xalqın ülvi hissləri ilə oynamasınlar. Bizim də qərarımız qüvvədədir, əgər onlar bu addımı atacaqlarsa, QAT öz etiraz tədbirlərini həyata keçirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA