?icazə olmayanda nə BQP, nə də bazqa təzkilatlari mitinqdə iztirak edə bilməyəcəklər?

img

28-08-2009 [01:51]


?Biz də Qarabağla bağlı keçirilən mitinqlərdə iştirak edə bilərik. Əslində Qarabağ məsələsində biz də hakimiyyətin siyasəti ilə razı deyilik. Çünki bu siyasətdə xeyli nöqsanlar var. Ona görə də Qarabağla bağlı mitinqdə iştirak etməyə hazırıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu Demokratiya Uğrunda İttifaqın Qarabağla bağlı keçirəcəyi mitinqə münasibət bildirərkən deyib. BQP sədri bildirib ki, hər bir partiya mövqeyindən asılı olmayaraq, Qarabağla bağlı keçirilən tədbirlərdə iştirak etməlidir. Hakimiyyətin bu mitinqə icazə verib-verməyəcəyinə gəlincə, Fazil bəy ?İcazə olmayanda nə BQP, nə də başqa təşkilatların nümayəndələri mitinqdə iştirak edə bilməyəcəklər. Ona görə də, bəri başdan icazə almaq lazımdır. Bu istiqamətdə biz də səylərimizi əsirgəməyəcəyik?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA