Pənah Hüseynlə YAP-çı deputat Rafiq Məmmədhəsənov bir araya gəldilər

img

27-08-2009 [08:18]


?Ergenekon? işi üzrə həbs olunan Başkənd Universitetinin rektoru, tanınmış cərrah Mehmet Haberalın azad edilməsiylə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət etmiş azərbaycanlı deputatların adı məlum olub. Vesti.AZ-ın verdiyi məlumata görə, həmin deputatlar Pənah Hüseyn, Arzu Səmədbəyli, Nəsib Nəsibli, YAP-çı Rafiq Məmmədhəsənov və İkram İsrafilov olublar. Qeyd edək ki, net.haber.com saytı 5 azərbaycanlı deputatın məhkəmə prosesi başa çatana qədər Mehmet Haberal haqqında seçilmiş həbs qəti-imkan tədbirinin yumşaldılması ilə bağlı Türkiyə hakimiyyət orqanlarına xahiş ünvanlaqları barədə məlumat yayıb. Pənah Hüseyn Vesti.AZ-a açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edilməsiylə bağlı təşəbbüsü Arzu Səmədbəylinin irəli sürdüyünü bildirib. Deputatlar məktubla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bərabər, prezident Abdulla Gülə və hüquq-mühafizə orqanlarına da müraciət ediblər. Arzu Səmədbəyli deyib ki, Azərbaycan Tibb Universitetinin professoru Rafiq Məmmədhəsənov şəxsən Mehmet Haberalı tanıyıb, o, azərbaycanlı kadrların hazırlanmasında, Azərbaycan Tibb Universitetinin tibbi avadanlıqlarla təchiz olunmasında əvəzsiz köməkliklər göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA