Gənclər və idman naziri Azad Rəhimov ?Fəxri gənc? mükafatı aldı

img

27-08-2009 [02:01]


Azərbaycan Gənclər Təşkilatları Milli Şurası gənclər və idman naziri Azad Rəhimovu ?Fəxri gənc? mükafatı ilə təltif edib. Mükafat Gənclər və İdman Nazirliyinin yaranmasının 15 illik yubileyi münasibətilə verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Buta Palace? Konsert-Banket Kompleksində bununla bağlı keçirilən tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov ?Fəxri gənc? döş nişanını və ?Allegory? adlanan güclü əlləri simvolizə edən hədiyyəni də nazirə təqdim edib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib, 1996-cı il yanvarın 31-də dövlət qeydiyyatına alınıb. Hazırda 66 uşaq və gənclər təşkilatlarını birləşdirir. Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyində təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA