Xamanei iran müxalifətinin liderlərini dəstəklədi

img

27-08-2009 [01:32]


Iranın ali dini lideri Ayətulla Əli Xamanei prezident seçkisindən sonra kütləvi iğtişaşların təşkil edilməsində ittiham edilən İran müxalifətinin liderlərinin xarici ölkələrin casusları olması barədə deyilənləri təkzib edib. İran televiziyası ilə oxunan bəyanatda Xamanei həmçinin bildirib ki, "baş verən hadisələrdə aparıcı qüvvələrin digər ölkələrin nümayəndələrinin əmrlərini yerinə yetirməsi baradə sübut yoxdur". Bununla yanaşı, ali dini lider həmçinin deyib ki, 30 nəfərin öldüyü kütləvi iğtişaşların əvvəlcədən planlaşdırılmasına, müxalifət liderlərinin bilib-bilməməsindən asılı olamayaraq şübhə eləmir. Hazırda Tehranda müxalifət nümayəndələrinin məhkəməsi davam edir. Onlar İranda keçirilən etiraz aksiyalarının təşkilatı zamanı xarici ölkələrlə əməkdaşlıqda günahlandırılırlar. Xamneinin bu bəyanatı ölkədəki gərginlyin azalması ümün deyildiyi bildirilir. Qeyd edək ki, İranda prezident seçkinin nəticələrinə etiraz edən müxalifətin keçirdiyi mitinqlər polis tərəfindən zorakılıqla dağıdılıb. Müxalifət liderləri bildirirlər ki, kütləvi iğtişaşlar zamanı onlarla adam ölüb, yüzlərlə şəxs yaralanıb. Qeyd edək ki, bu iğtişaşlar İslam dövlətinin yaradıldığı 1979-cu il inqilabından sonra İranda ən kütləvi etiraz aksiyası olub. Müxalifət iddia edir ki, seçkinin əsl nəticələri rəsmi nəticələrdən fərqlənir. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA