Ermənistan Azərbaycanı müharibə ilə hədələdi

img

27-08-2009 [11:48]


?Ermənistan ordusu Azərbaycan tərəfinin militarist bəyanatlarına sakit yanaşır və istənilən təcavüzə qarşı dayanmağa hazırdır?. ?Novosti Armeniya? agentliyinin yaydığı məlumata görə, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə deyib. Seyran Ohanyan onu da qeyd edib ki, Ermənistan ordusunun istənilən təcavüzə qarşı dayanmaqdan başqa alternativi yoxdur. Onun sözlərinə görə, erməni tərəfi yalnız müdafiə olunmaq yox, həm də lazım gəldikdə müxtəlif profilaktik tədbirlər keçirməyə hazırdır. Söhbətin hücumdan gedib-getməməsinə gəlincə, erməni nazir ?Niyə də yox? Hücum, əks-hücum. Biz dinc əhalini müharibənin amansızlıqlarından qorumaq üçün hücuma da hazırıq?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA