Demokratik islahatlar Partiyası bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparıb

img

26-08-2009 [05:27]


Demokratik İslahatlar Partiyasının (DİP) yerli təşkilatlarının - Yevlax, Ağdaş Göyçay və Mingəçevir təşkilatlarının birgə müşavirəsi keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, Yevlaxda keçirilən müşavirədə adıçəkilən təşkilatların rəhbərləri, fəalları və həmçinin partiyanı bu bölgədə təmsil edən Dairə Seçki Komissiyalarının üzvləri iştirak edib. Müşavirədə partiyanın yerli təşkilatlarında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr aparılıb, namizədlərin müəyyənləşdirilməsi, onların təbliğatının qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Müşavirədə partiyanın mərkəzi aparatının nümayəndələri və Siyasi Şuranın üzvləri də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA