Rusiya prezidenti Medvedev Allahzükür Pazazadəni təbrik edib

img

26-08-2009 [05:21]


Rusiya prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin və MDB-nin Dinlərarası Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni 60 yaşının tamam olması münasibətilə təbrik edib. Bu barədə məlumat Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib. "Siz nüfuzlu din xadimi kimi tanınmısınız. Sizin Qafqaz Müsəlmanları İdarəsi və MDB-nin Dinlərarası Şurasının sədri vəzifələrində yaradıcı fəaliyyətiniz Rusiya, Azərbaycan və bütün Birlik ölkələrinin xalqları arasında dostluq, etibar və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, eyni zamanda Qafqaz regionunda sabitliyə, insanların tolerantlıq, sülhsevər və qarşılıqlı hörmət ruhunda tərbiyə olunmasına yardım göstərir", - deyə təbrik məktubunda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA