Nurəddin Məmmədlidən YAP nümayəndələrinə qarzı sərt ittiham

img

25-08-2009 [03:35]


[b]?Aydın Mirzəzadə başda olmaqla, YAP-çıların hamısı ağalarına xoş getmək üçün müxalifəti ittiham edirlər?[/b] ?Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, YAP nümayəndəsi Aydın Mirzəzadə də siyasətə heç bir dəxli olmayan partiyasının tək qalmaması üçün müxalifətin də siyasətdən getməsini istəyir. Bu onu göstərir ki, hakimiyyət müxalifətin varlığından narahatdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli YAP-çı deputat Aydın Mirzəzadənin ?Yaxşı olar ki, müxalifətin bəzi qüvvələri, ümumiyyətlə, siyasəti boykot etsin, başqa qüvvələr meydana çıxsın? bəyanatına münasibət bildirərkən deyib. N.Məmmədlinin sözlərinə görə, əslində YAP-ın özü çoxdan siyasətdən gedib, ancaq korrupsiya, rüşvətxorluq sahəsində ad qazanaraq meydanda qalıb: ?Əgər Azərbacanda müxalifət yoxdursa, ondan 16 nəfər cəbhəçi nəyə görə həbs olunub? Boykot mövqedə dayandıqlarına görə müxalifət bu qədər təzyiqlərlə üzləşir? Bu onu göstərir ki, Azərbaycanda müxalifət var. Əslində bu gün Azərbaycan xalqının 99 faizi müxalifətdir və müxalif mövqedə dayanır. YAP-çılar nə qədər özlərini öldürsələr də, bu xalq heç vaxt onların yanında olmayacaq. Çünki onların siyasəti Azərbaycan xalqının əleyhinə yönəlib, zülm, talançılıq, rüşvətxorluq prinsipləri üzərindədir?. Hakim partiyanın nümaynədələrinin bu kimi açıqlamalarına gəlincə, AXCP yetkilisi onu da nəzərə çatdırıb ki, Aydın Mirzəzadə başda olmaqla, YAP-çıların hamısı ağalarına xoş getmək üçün müxalifəti ittiham edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA