AŞ-nın Gənclər və idman idarəsinin direktoru Azərbaycan gənclərinin vəziyyətini bəyənib

img

25-08-2009 [12:53]


?Əslində biz belə bir tədbir Azərbaycanda Avropa Şurası tərəfindən yay məktəbi 5-ci dəfədir ki, təşkil olunur. Bu tədbir yeni üzvlərimizlə təşkil olunan bir tədbirdir. Gənclərin əməkdaşlığı qurupuna 49 dövlət daxildir. Bununla yanaşı, tədbirdə gənc liderləri də görə bilərsiniz. Belə tədbirlərin əsas məqsədi Avropa Şurasının iş metodları, iş prinsipləri, məqsədləri, ümumiyyətlə, işinin məzmunu ilə daha yaxından tanış olmaq üçün imkan yaradır. Ayrıca olaraq Azərbaycanın Gənclər və İdman Naziriliyinə minnətdarıq ki, bizi dəvət ediblər və bu tədbirin təşkilinə köməklik göstəriblər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Avropa Şurasının Gənclər və İdman İdarəsinin direktoru Rene Weingartner deyib. Onun sözlərinə görə, bu qrupda iştirak edən 49 ölkənin içərisində ən fəal qrup Azərbaycandır: ?Azərbaycan gənclərlə bağlı konkret addımlar atır. Tək müəyyən bəyanatlar və sözlər söyləmir. Mən artıq 5-ci dəfədir ki, Bakıdayam. Bura hər dəfə gəlişimdə gənclərlə bağlı maraqlı, həm də gənclər üçün faydalı olan tədbirlərlə üzləşirəm. Bu keçirilən tədbirlər həm Azərbaycanda, həm də Avropada gənclərin inkişafı üçün çox müsbət təsir göstərir. Keçən il keçirilmiş ?Bakı təşəbbüsünü? misal çekə bilərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA