AŞ PA-nın gələcək sessiyalarında Ermənistanla bağlı məsələlər yenidən müzakirə olunacaq

img

25-08-2009 [11:38]


?Avropa Şurasının hər sessiyasında Ermənistanla bağlı məsələ müzakirə olunur. İlk baxışdan qurum Ermənistanla bağlı məsələlərə çox ciddi yanaşır, onlara müəyyən tövsiyələr verir. Amma reallıq budur ki, Ermənistan bu tövsiyələrdən imtina edir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, Ermənistan iqtidarı və müxalifəti Avropa Şurasında ölkənin rolunu müzakirə etməkdən imtina edirlər. ?Düşünürəm ki, AŞ PA-nın gələcək sessiyalarında Ermənistanla bağlı məsələlər yenidən müzakirə olunacaq. Amma bu o demək deyil ki, Ermənistanla bağlı müəyyən qətnamələr qəbul olunduqdan sonra rəsmi İrəvan hansısa bir konkret addımlar atacaq? deyən S,Seyidov onu da vurğulayıb ki, Azərbaycan heç vaxt Avropa Şurasının tövsiyələrindən imtina etməyi. Onun sözlərinə görə, verilən hər bir tövsiyə Azərbaycanın imicinə və maraqlarına toxunmamalıdır: ?Bizim məqsədimiz ondan ibarətdir ki, Avropa Şurasının məruzəçisi öz məruzələrində Azərbaycanın sosial- iqtisadi vəziyyətini obyektiv qiymətləndirsin. Azərbaycanın işğal olunmuş ərazilərində tarixi - mədəni obyektlər həmişə müzakirə obyektinə çevrilir. Avropa Şurası və digər beynəlxalq qurumlar beynəlxalq qanunlara riayət edərək bu hadisələrlə bağlı müəyyən bir qərar qəbul etməlidir. Hamı bilir ki, beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırlar. Avropa Şurasının Mədəniyyət Komitəsi və Nazirlər Komitəsində dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarındakı tarixi abidələr mövzusu müzakirə olunub. Mən ümid edirəm ki, gələcəkdə bununla bağlı müəyyən düzgün və obyektiv qərar qəbul olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA