Arif Hacılı: ?Qarabağla bağlı zəif mitinq keçirməkdənsə, keçirməmək daha yaxzıdır ?

img

24-08-2009 [05:09]


?Bu gün Qarabağ mövzusu kifayət qədər aktualdır. Bu mövzu ətrafında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Ancaq düşünürəm ki, Qarabağ problemiylə əlaqədar keçirilən tədbirlər də bu problemin qloballığına adekvat olmalıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Demokratiya Uğrunda İttifaqın Qarabağ məsələsi ilə bağlı keçirmək istədiyi mitinqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Qarabağla bağlı hər hansı bir tədbir keçirilirsə, çalışmaq lazımdır ki, ciddi rezonans doğursun: ?Ona görə də bu tipli xırda, lokal tədbirlərin keçirilməsinin bu problemin həllinə kömək etdiyini düşünmürəm. Bu sözlərim ümumi şəkildədir. Konkret DUİ-nin tədbirinə gəldikdə isə mən də bunu mətbuatdan oxumuşam. Əgər doğrudan da ciddi bir tədbir keçirə biləcəklərsə, onlara uğurlar arzulayıram?. A.Hacılı onu da qeyd edib ki, bununla bağlı DUİ-dən Müsavata hər hansı bir müraciət daxil olmayıb. Əgər müraciət olarsa, məsələ partiyada müzakirə edilə bilər. Müsavat yetkilisi deyib ki, Qarabağla bağlı tədbir keçirilirsə, bu, möhtəşəm tədbir olmalıdır: ?Əgər möhtəşəm tədbir keçirmək mümkün deyilsə, zəif mitinq keçirməkdənsə, keçirməmək daha yaxşıdır. Yəni əvvəlcədən elanlar vermək, sonra bu aksiyaları təxirə salmaq, cəmiyyətdə ruh düşkünlüyü yaradır, problemin həllinə ziyan vurur. Beynəlxaq ictimai rəydə Azərbaycanda müqavimət göstərmək istəyən qüvvələrin olduğu, ancaq buna imkanların olmadığı təəssüratları yaradır. arabağla bağlı zəif mitinq keçirməkdənsə, keçirməmək daha yaxşıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA