Avropa Şurasının Gənclərlə iz üzrə daimi Komitəsinin yay məktəbi Bakıda keçiriləcək

img

24-08-2009 [03:02]


25-29 avqust 2009-cu il tarixlərində Bakı şəhərində Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi keçiriləcək. Yay məktəbinin keçirilməsində məqsəd ? Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirmək, gənclərlə iş sahəsində Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasını nəzərdən keçirmək, Avropa Şurasının və Avropa Komissiyasının gənclərlə iş sahəsində həyata keçirdiyi fəaliyyətləri və gənclər siyasətinin təsir mexanizmlərini müzakirə etməkdən ibarətdir. Yay Məktəbində Avropa Şurasının Gənclər və İdman Direktorluğunun katibliyinin rəhbər işçiləri, bir sıra ölkələrin gənclərlə iş sahəsində çalışan nazirliklərinin yüksək vəzifəli məmurları və Avropanın ən böyük gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin üzvləri gənclərlə iş sahəsində çalışan dövlət ve qeyri-hökumət təşkilatlarının nümayədələrindən formalaşır. Komitə öz fəaliyyəti çərçivəsində gənclər təşkilatları ilə tərəfdaşlıq əlaqələrini qurur və birgə idarəçilik mexanizmindən istifadə edərək prioritetlər müəyyənləşdirir. Komitə tərəfindən qəbul olunan təkliflər və fəaliyyət istiqamətləri Avropa Şurasının qərarverici orqanı olan Nazirlər Komitəsi tərəfindən təsdiqlənir. Yay məktəbində Avropa Şurasının üzv ölkələrində həyata keçirilən gənclər siyasəti haqqında məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasının təqdimatı keçiriləcək və bu strategiyanın milli səviyyədə icra olunmasının mexanizmlərinə dair debatlar təşkil olunacaq. Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbinin açılış mərasimi 25 avqust 2009-cu il tarixdə saat 10:00-da ?Park İnn? mehmanxanasının ?Dan Ulduzu? zalında keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA