ümid Partiyası bələdiyyə üzvlüyünə namizədlərlə müzavirə keçirib

img

22-08-2009 [05:43]


Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Partiya rəhbərlərilə Bakı şəhər rayonları üzrə bələdiyyə üzvlüyünə namizəd olacaq partiya üzvlərinin müşavirəsi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə çıxış edən partiya icra aparatının rəhbəri Nəsimi Məmmədli partiyadaşlarını öncə müqəddəs Ramazan ayının başlanması münasibəti təbrik edib. Sonra isə o ümumilikdə partiyanın bələdiyyə seçkilərinə hazırlığı, bələdiyyələrin bügüngü vəziyyəti və fəaliyyəti, bələdiyyə üzvlüyünə namizəd olaçaq partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışıb. Bu sahədə mövcud olan problemləri, seçkilərin qeyri-demokratikliyini xatırladaraq partiya üzvlərini bu reallıqlara görə ruhdan düşməməyə çağırıb. ?Bizim ümumilikdə fəaliyyətimizin məqsədi razılaşmadığımız indiki vəziyyəti yaxşıya doğru dəyişməkdir. Ona görə də hər seçkinin verdiyi imkanlardan maksimum dərəcədə yararlanmalıyıq. Əslində prezident və parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində qalib gəlmək daha asandır. Ayrı-ayrı bələdiyyələr üzrə ölkəmizin demokratikləşməsinə çalışan müttəfiqlərimizlə birlikdə komandalar yaradıb, seçkiləri uda bilərik. Məndə bu inamı sıralarımıza günbəgün qoşulan mübariz insanlar yaradır? deyən N. Məmmədli bunun üçün hər bir namizədin və partiya üzvünün qarşısında duran vəzifələri bir daha xatırladıb. Görüşdə həmçinin bələdiyyə üzvlüyünə namizəd olacaq şəxslərin fikir və təklifləri dinlənilib. Onları narahan edən suallara aydınliq gətirilib. Müşavirədə çıxış edən partiya Ali Məclisinin sədri Ənvər Ağazadə bələdiyyələrə olan inamsızlığın səbəblərindən danışaraq, bunun aradan qaldırılması yolları, qazanacağımız bələdiyyələrin fəaliyyətilə konkrnt nümunələrin yaradılması ilə bağlı partiyanın görəçəyi işlər barədə gələçək namizədlərə məlumat verib. Təşkilat məsələləri üzrə müavin Rəfail Tağızadə isə bələdiyyə seçkilərinə hazırlıqla yanaşı partiyanın təşkilatlanma işinin gücləndirilməsilə bağlı müşavirə iştirakçılarına tövsiyələr verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA