Əfqanıstanda keçirilən prezident seçkilərində Kərzai öndədir

img

21-08-2009 [04:31]


Əfqanıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri Kərzainin səslərin əksəriyyətini qazandığını göstərir. Buna görə də ikinci tura ehtiyac olmayacaq. Bunu Həmid Kərzainin seçki kampaniyasının rəhbəri Diin Məhəmməd deyib. Kərzainin əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdullanın sözçüsü isə müşahidəçilərindən aldığı məlumatlara əsaslanaraq bəyan edib ki, Adullah 63, Kərzai isə 31 faiz səs toplayıb. Bu iddialardan heç biri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA