Əvəz Temirxan ALP daxilində fikir ayrılığının olduğunu deyir

img

21-08-2009 [01:23]


?Liberal Partiya daxilində narazılıq yoxdur. Sadəcə olaraq, seçkilərin demokratik keçəcəyinə şübhəsi olanlar çoxdur. Özü də mən deməmişəm ki, partiyada boykot tərəfdarları daha çoxdur. Hər iki mövqedə olanlar var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ALP-nin sədr əvəzi Əvəz Temirxan Liberal Partiya daxilində narazılığın baş qaldırması ilə bağlı məlumata münasibət bildirərkən deyib. Ə.Temirxan onu da bildirib ki, hələlik bu, ilkin mövqelərdir, hər hansı bir qərar verilməyib: ?Doğrudur, fikirlər müxtəlifdir. Amma məsələ hələki qərar vermək mərhələsinə çatmayıb. Şəxsən mən seçkidə iştirak etməyin tərəfdarıyam. Onu da deyim ki, bu məsələ partiya rəhbərliyində müzakirə olunmayıb. Ona görə də hansı qərarın veriləcəyi ilə bağlı bir söz deyə bilmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA