ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müzaviri ?zərbaycanda səfərdədir

img

21-08-2009 [12:57]


ABŞ Dövlət Departamentində bir sıra nüfuzlu vəzifələrdə çalışmış Mark Qrosman Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Bakıda səfərdədir. Avqustun 25-dək davam edəcək səfər çərçivəsində M.Qrosman bir sıra rəsmi görüşlər keçirəcək. Avqustun 24-də amerikalı diplomat SAM-da ?XXI əsrdə diplomatiyanın çağırışları? mövzusunda keçiriləcək ?dəyirmi masa?da məruzə ilə çıxış edəcək. ?Dəyirmi masa?da Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, deputatlar, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək. 1994-1997-ci illərdə ABŞ-ın Türkiyədəki səfiri vəzifəsində çalışmış, 1997-2000-ci illərdə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi, 2001-2005-ci illərdə isə siyasi məsələlər üzrə müşaviri olmuş M.Qrosman hazırda ?The Cohen Group? təşkilatının sədr müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA