Mirmahmud Mirəlioğlu mövqeyini qətiləzdirməyib

img

20-08-2009 [05:27]


?İstənilən partiya, ittifaq, hərəkat tədbir keçirə bilər. Bu tədbiri necə düzənləyəcək, hər şey ondan asılı olacaq. Kimi dəvət edəcəklər, etməyəcəklər öz işləridir. İndi durub onun lehinə, əleyhinə təbliğat aparmaq doğru deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirlioğlu Qarabağ və Respublika Uğrunda Hərəkatın söz azadlığı ilə bağlı keçirəcəyi foruma münasibət bildirərkən deyib. Söz azadlığının çox önəmli məsələ olduğunu deyən M.Mirəlioğlu ?Söz müqəddəsdir. Amma söz azadlığı uğrunda mübarizə aparmaq istəyənlər də hər zaman sözə hörmət eləməlidir. Ona görə də dəvət edilib-edilməmək çox önəmli məsələ deyil. Əsas odur ki, hər kəs sözün qorunmasına riayət eləsin. Dəvətə gəlincə, atalar yaxşı deyib, dəvət olunan yerə ar eləmə, olunmayan yeri dar eləmə. Yəni dəvət o qədər önəmli deyil, əsas tədbirin baş tutmasıdır?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA