Sərdar Cəlaloğlu parlament, Prezident Administrasiyası və YAP nümayəndələrini müzakiyəyə dəvət edir

img

20-08-2009 [04:07]


?Söz azadlığı siyasi azadlıqlardan da çox-çox öncə meydana gəlib. Söz azadlığı olmayan heç bir ölkədə siyasi və ya digər azadlıqlardan söhbət gedə bilməz. Azərbaycanda da ən ağır vəziyyət söz azadlığı sferasında yarandığına görə biz beə bir qərara gəlmişik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Qarabağ və Respublika Uğrunda Hərəkatın söz azadlığı ilə bağlı keçirimək istəydiyi forumdan danışarkən deyib. Onun sözlərinə görə, hazırda ölkədəki böhranlı vəziyyəti aradan qaldırmaq üçün söz və fikir azadlığı sahəsində yaranmış böhranı aradan qaldırmaq lazımdır: ?Bu gün repressiyaya, təzyiqlərə məruz qalmış, həbs olunmuş insanlar arasında söz və fikir azadlığı tərəfdarları daha çoxdur. Onların cəmiyyət tərəfindən müdafiə olunmasına ictimai dəstək lazımdır, Bu mənada biz də belə bir forum keçirib öz fikirlərimizi beynəlxalq ictimaiyyətə və Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirik?. S.Cəlaloğlu onu da bildirib ki, foruma söz və fikir azadlığını dəstəkləyən hər kəsi, bütün siyasi qüvvələrin, xarici təşkilatların nümayəndələrinin dəvət olunacağını bildirib. Hakimiyyət nümayəndələrinin dəvət olunub-olunmayacağına gəlincə, Sərdar bəy ?Bu məsələ hələlik müzakirə olunmayıb. Amma düşünürəm ki, parlamentdən də, Prezident Administrasiyasında da, YAP-dan da nümayəndələr bu müzakirəyə qatılmalıdır?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA