Əfqanıstanda prezident seçkiləri baza çatıb

img

20-08-2009 [12:17]


Avqustun 20-də Əfqanıstanın tarixində ikinci dəfə prezident seçkiləri keçirilir. Səsvermə Bakı vaxtı ilə 4.30-a kimi davam edəcək. On minlərlə əfqan və xarici təhlükəsizlik qüvvələri taliban yaraqlılarının mümkün hücumlarının qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Taliban seçkiləri pozmaqla hədələyir. Prezidentlik kürsüsünə 30 nəfər iddialıdır. Ancaq müşahidəçilər hesab edir ki, qələbəyə ən şanslı namizəd 8 ildir Əfqanıstana prezidentlik edən Həmid Kərzayidir. Rəy sorğusuna görə Kərzayinin əsas rəqibi keçmiş XİN Abdulla Abdulla və sabiq planlaşdırma naziri Ramzan Başardostdur. Bu gün əfqanlar həm də əyalət şurasına keçirilən seçkilərdə iştirak edir. Əfqanıstan rəhbərliyi bildirib ki, təxminən 17 milyon seçici qeydiyyatdan keçib. Associated Press-in məlumatına görə artıq Əfqanstanda seçkilər başa çatıb və avqustun 22-də ilkin nəticələr elan olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA