isa Qəmbər ABŞ Milli Demokratiya institutunun Bakı təmsilçisi ilə görüzüb

img

19-08-2009 [04:31]


Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun Bakı təmsilçisi Arien De Volfla görüş keçirib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, görüşdə tərəflər Azərbaycanda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri, Seçki Məcəlləsində və bələdiyyələrlə əlaqədar qanunda zəruri dəyişikliklər haqqında müzakirə aparıblar. Ölkədəki ictimai-siyasi vəziyyət, həbsdə olan gənc bloggerlərin hüquqlarının müdafiəsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin MDİ-nin perspektiv planları və Müsavat Partiyası ilə əməkdaşlığının davamına da diqqət yetiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA