Hindistan sahilində qalan gəmidə vəziyyət pisləzir

img

19-08-2009 [03:04]


İki aya yaxındır ki, Hindistan sahilləri yaxınlığında saxlanılan Türkiyənin ?Ece a tanker group? şirkətinə məxsus gəminin 5 azərbaycanlı heyət üzvü 2-3 gün ərzində vətənə qayıdacaq. Bu barədə Azərbaycanın Hindistandakı səfirliyinin siyasi məsələlər üzrə attaşesi Həbib Məmmədov məlumat verib. Onun sözlərinə görə, gəmidə vəziyyət günü-gündən pisləşir və bu səbəbdən soydaşlarımız əmək haqqlarını və pasportlarını almağı gözləmədən vətənə dönmək qərarına gəliblər. Cənab Məmmədov onu da deyib ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Anar Mehdiyevə malyariyanın yüngül formasına yoluxma diaqnozu qoyulub. Ona müvafiq dərman preparatları yazılıb və həkimlər onun təyyarə ilə uçmasına icazə verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA