TQDK-da 600-dən yüksək bal toplayan gənclərlə görüz keçirilib

img

18-08-2009 [06:17]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 600-dən yüksək bal toplamış gənclərlə görüşlər keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk olaraq 2009-cu il avqustun 18-də I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərmiş gənclərlə görüş olub. Tədbiri giriş sözü ilə açan TQDK-nın sədr müavini Namiq Babayev gəncləri əldə etdikləri böyük nailiyyət münasibəti ilə təbrik edib. Onların ölkəmizin gələcək inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirən N.Babayev gənclərimizin öz biliklərini daha da artırmaları üçün ciddi səylə çalışmalarının, müasir dövrün tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinin vacibliyini qeyd edib. TQDK-nın sədr müavini N.Babayev, eləcə də Komissiyanın şöbə müdirləri Tariyel Bədəlov və Arzu Bağırov qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adı qazanmış gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmış, qəbul imtahanlarının gedişi, test suallarının məzmunu və qəbul kampaniyasının digər sahələri üzrə onların fikirləri, rəy və təklifləri ilə tanış olub. Xatırladaq ki, I ixtisas qrupuna riyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn ixtisasları daxildir. Bu qrup üzrə cari tədris ilində qəbul imtahanında 33932 abituriyent iştirak edib, onlardan 156 nəfəri 600-dən yuxarı bal toplayıb. I qrupda 600-dən yuxarı bal toplayan abituriyentlərdən 66 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına, 64 nəfər Bakı Dövlət Universitetinə, 20 nəfər Qafqaz Universitetinə, 2 nəfər Gəncə Dövlət Universitetinə, 1 nəfər Milli Aviasiya Akademiyasına, 1 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 1 nəfər Xəzər Universitetinə qəbul olublar. Qeyd edək ki, avqustun 19-da II qrup, 20-də III qrup, 21-də isə IV qrup üzrə qəbul imtahanında 600-dən yuxarı bal toplamış gənclərlərlə görüş keçiriləcək. Bütün bunlarla yanaşı, TQDK tərəfindən ənənəvi olaraq ?Abituriyent? jurnalının 11-ci sayı qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış abituriyentlərə həsr ediləcək. Bu, yüksək bal toplamış istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə orta məktəb şagirdlərinin təhsilə daha da həvəsləndirilməsi məqsədi daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib