ümid Partiyası ilə AMiP arasında münasibətlər gərginləzir

img

18-08-2009 [04:23]


Ümid Partiyasının bələdiyyə seçkilərinə qatılacaq namizədlərinin siyahısının sentiyabrın 1-nə qədər hazır olacağına inanmadığını bildirən AMİP funksaneri Əli Orucovun heç aparacı müxalifət partiyaları bu prosesə tam hazır deyil deməsi narazılıqla qarşılanıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyasının İcra Aparatının rəhbəri Nəsimi Məmmədli bildib ki, Ümid Partiyası bu gün ölkənin aparıcı müxalifət partiyalarından biridir və bələdiyyə seçkilərinə hələ keçən ilin noyabr ayından hazırlaşır: ?Məlum mart referendumu ilə əlaqədar olaraq keçən ilin dekabr ayının ikinci yarsından bu ilin mart ayının sonuna qədər hazırlıq prosesinə fasilə verilsə də, aprel ayından bələdiyyə seçkilərinə hazırlıq yenidən intensivləşib. May ayından etibarən isə partiya rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə respublikanın əksər rayonlarında bələdiyyə seçkilərinə qatılacaq namizədlərin müşavirəsi keçrilib. Bütün səfərlərimiz barədə isə agentliklərdə, internet saytlarında və mətbuatda mütamadi olaraq məlumatlar verilib. Əgər siyasi fəaliyyətlə məşğul olduğunu idda edən hər hansı bir şəxs bütün bunlardan məlumatsızdırsa, bu, Ümid Partiyasının deyil, həmin şəxsin problemidir. Məlumat üçün bildirim ki, bu gün Ümid Partiyasının iki sayıtı fəaliyyət göstərir və istənilən şəxs bu saytlar vasitəsilə partiyamız haqqında daha ətraflı məlumat əldə edə bilər. AMİP-in isə bu sahədə hər hansı bir addımını müşahidə etməmişəm. Ona görə də bizi ittiham etməmiş, hər kəs öncə öz fəaliyyətinə baxsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA