Xəzəryanı dövlətlərin liderləri Aktauda Xəzərin hüquqi status məsələsi müzakirə edəcəklər

img

18-08-2009 [03:16]


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Rusiya prezidenti Dmitri Medvedevlə telefonla danışıb. Bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında məlumat verilir. Dövlət başçıları Orenburqda Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlıq forumu çərçivəsində nəzərdə tutulan görüşün gündəliyini müzakirə edib, həmçinin ikitərəfli münasibətlərin bir sıra başqa cəhətlərinə də toxunublar. Görüş zamanı Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qeyri-rəsmi görüşünün keçirilməsi barədə də razılıq əldə edilib. Görüşdə Xəzəryanı dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafı, həmçinin Xəzər dənizinin statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar prosesinin gedişi və bötüvlükdə beynəlxalq münasibətlər müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA