Əvəz Temirxan Əli Əhmədovun cavabını verdi

img

18-08-2009 [02:15]


Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov müxalifəti qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etməyə çağırıb. YAP yetkilisi müxalifətin bu seçkidə hakim partiyaya qalib gəlməsinin mümkünsüz olduğunu bildirib və müxalifəti təhlükə kimi görmədiyini vurğulayıb. Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, əgər hakimiyyət müxlifəti özünə təhlükə görmürsə, nəyə görə seçki komissiyalarını monopoliya altında saxlayır, Seçki Məcəlləsində demokratik dəyişikliklər etmir. Onun sözlərinə görə, hakimiyyət demokratik seçki mühiti yaratmamaqla müxalifəti özünə ciddi təhlükə kimi gördüyünü sübut etmiş olur. Ə.Temirxan Ə.Əhmədovun YAP-ın yarım milyon üzvü olması ilə bağlı açqlamasına da münasibət bildirib. O bildirib ki, YAP ölkədə bütün sahələrdə elədiyi saxtakarlığı üzvlərinin sayında da edib. ALP sədr əvəzi hesab edir ki, YAP-ın üzvlərinin siyahısı saxta yolla şişirdilib, yaxud da zorla bu partiyaya üzv edilib. Sonda Əvəz bəy ?Əli Əhmədov deyir ki, YAP-ın nüfuzu müxalifətin nüfuzu ilə müqayizə olunmaz dərəcədə fərqlidir. Əslində düz deyir, amma onun fikirləşdiyi kimi yox. YAP-ın nüfuzu müxalifətin nüfuzunun 15-nə çatar, ya çatmaz. Bu baxımdan əgər demokratik seçki keçirilərsə, bu hakimiyyət biabırçı şəkildə uduzacaq?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA