Ənvər Ağazadə: ?Ağdam rayonunun icra bazçısı Həsən Sarıyevlə bağlı zikayətlər arazdırılmalıdır?

img

17-08-2009 [05:00]


Ümid Partiyası Ali Məclisinin sədri Ənver Ağazadə vətəndaşların şikayətlərinin araşdırılması ilə bağlı ölkədə çox böyük problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, xüsusən əyalatlərdə haqqı tapdanan, hüququ pozulan insanlar nəinki hüquqlarını bərpa etdirə bilirlər, hətta yuxarı orqanlara şikayət etdiklərinə görə daha çox təzyiqə məruz qalırlar. Hakimiyyətin yuxarı orqanları yerlərdən gələn şikayəti araşdırmaq əvəzinə onu kimdən şikayət olunubsa, məhz onun üstünə göndərir. Nəticədə şikayət edənə əlavə bir problem yaradılır. Yerli məmurlar tərəfindən şikayət etdiyi üçün ona qarşı olan təzyiqlər daha da artırılır. Misal olaraq 16 ildir Ağdam rayonunun icra başçısı olan Həsən Sarıyevdən vətəndaşların mütamadi olaraq şikayətlərini göstərmək olar. Rayon sakinləri mətbuat səhifələrində dövlət başçısına açıq məktublarla şikayət edirlər.Onu saxtakarlıqda, vəzifədən suistifadə də, rayona dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə konkret faklarla ittiham edirler. Bütün bu şikayətlər araşdırılmaq əvəzinə, şikayət məktubları Sarıyevin özünə göndərilir. O da özünə arxayın şəkildə şikayətçilərə divan tutaraq, ərazisinin yarısı işğalda olan rayondan onları didərgin salır. Ə. Ağazadə hakimiyyət orqanlarını H. Sarıyevlə bağlı vətəndaşların şikayətlərini araşdırıb qanuni tədbir görməyə, ölkədəki siyasi, ictimai təşkilatları və kütləvi informasiya vasitələrini isə təqib olunan Ağdam rayon sakinlərinin hüquqlarının müdafiəsinə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA