Rusiyada iki qırıcı təyyarə toqquzdu, bir pilot həlak oldu

img

16-08-2009 [04:46]


Rusiyada ?Russkie viyazi? qrupuna məxsus Su-27 və onun ikiyerlik modifikasiyası olan qırıcı təyyarələr ?MAKS-2009? aviasalonunda məşq uçuşu zamanı toqquşublar. Hadisə Moskva vaxtı ilə saat 13:10-da Moskva ətrafındakı Jukovskom şəhrində baş verib. "İnterfaks"ın məlumatına görə, 3 pilotdan bir ? ???? ???????? hadisə zamanı həlak olub. İlkin ehtimallara görə, digər pilotlar katapult etməyə imkan tapıb ? katapult kreslosu işə düşəndən sonra havada paraşüt görünüb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları yollanıb. Qəza Rusiyanın Hava Donanması günündə baş verib. Qeyd edək ki, bu gün həm də Rusiyanın Kalujski vilayətində Yak-52 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. ?RİA-Novosti?nin xəbərinə görə, bu gün yerli vaxtla 12:50-da Kalujski vilayətində Yak-52 tipli təyyarə qəzaya uğrayıb. Təyyarə "Braqino" aerodromundan havaya qalxıb və bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində iki nəfərdən ibarət heyət üzvü olub və onlar hadisə yerindəcə keçiniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA