?Rəsmi Ankara Azərbaycana qarzı xəyanət edib?

img

15-08-2009 [04:19]


[b]Məhəmməd Ərsoy: ?Gec-tez Qarabağda növbəti türk-erməni toqquşması yaşanacaq. O zaman həmin rus silahları da ermənilərin səngərində qərar tutacaq?[/b] ?Azərbaycan tərəfindən bir qardaş dövlət olaraq qəbul edilən Türkiyəninrəsmi Moskva ilə məxfi razılığa gəlməsi və bu anlaşmaya görə Rusiyanın Türkiyə üzərindən Ermənistandakı hərbi bazalarına silah daşıma hüquq əldə etməsi, əslində rəsmi Ankaranın Azərbaycana qarşı xəyanətidir. Çünki Ermənistanda yerləşən silahlar istənilən zaman Azərbaycanı hədəfə ala bilər. Xüsusən də bu silahlar Rusiyaya aiddirsə?. Bu açıqlama ilə Ümid Partiyası Ali Məclisinin katibi Məhəmməd Ərsoy çıxış edib. Xatırladaq ki, dünən İrəvanda düzənlənən ?Ermənistan-Türkiyə münasibətləri: keçmişdə və gələcəkdə? mövzulu tədbirdə çıxış edən Ermənistan Milli Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan Türkiyə ilə Rusiya arasında məxfi anlaşmanın əldə edildiyini və bu anlaşmaya görə, rəsmi Ankaranın Rusiyaya Türkiyə üzərindən Ermənistandakı hərbi bazalarına silah daşıma hüququ verdiyini açıqlayıb. Partiyanın mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Məhəmməd Ərsoy rəsmi Ankaranın ? Türkiyənin AKP iqtidarının atdığı bu addımın Azərbaycana çox baha başa gələcəyini qeyd edib: ?Rusiyanın Ermənistandakı və Qarabağdakı hərbi gücü Azərbaycan türkünə Xocalı dəhşətini yaşadıb. İndi isə bizim qardaşımız olan Türkiyə əslində daha çox Azərbaycana və elə Türkiyənin özünə qarşı təhlükə hesab olunan Ermənistandakı rus hərbi bazalarını yeniləmə və genişlənməsi üçün şərait yaradır. Heç nə bu gün olduğu kimi qala bilməz. Gec-tez Qarabağda növbəti türk-erməni toqquşması yaşanacaq. O zaman həmin rus silahları da ermənilərin səngərində qərar tutacaq. Bunuən azından hörmətli Ankara rsəmiləri unutmamalı idilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA