iranin yeni səfiri Milli Məclisdə olub

img

14-08-2009 [06:30]


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib. Milli Məclisin rəsmi internet saytının yaydığı xəbərə görə, görüşdə spiker Dağlıq Qarabağ münaqişəsində İranın dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq, BMT və İKT təşkilatları çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Spiker ümidvar olduğunu bildirib ki, İran gələcəkdə də bu mövqedən çıxış edəcək. Səfir isə İranın Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini, bu gün iqtisadi, mədəni, humanitar sahələrdə əldə edilmiş nailiyyətlərin gələcəkdə daha da artırılması üçün lazımi şərait mövcud olduğunu söyləyib. Xatırladaq ki, İsrail prezidenti Şimon Peresin Bakıya səfəri ərəfəsində İran səfiri Azərbaycanı tərk etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA