Hindistan sahillərində saxlanılan vətəndazlarımızın yaxınları XiN-nin qarzısında aksiya keçirib

img

14-08-2009 [06:12]


İki aydan artıqdır ki, Hindistan sahillərində saxlanılan Türkiyənin Tanker Akar qrup şirkətinə məxsus gəmisində olan 5 azərbaycanlı heyət üzvünün yaxınları bu gün Xarici İşlər Nazirliyi (XİN) qarşısında aksiya keçirərək onların azadlığa buraxılması və vətənə qayıtmalarına köməklik göstərmələrini istəyiblər. Heyət üzvlərinin yaxınları bildirir ki, gəminin saxlanılmasına səbəb gəmidə olan nasazlıqdır ki, nəticədə də Hindistan tərəfi həmin gəminin açıq dənizə çıxmasına icazə vermir. Bununla yanaşı, türk şirkəti azərbaycanlı dənizçilərinə 3 aydır ki, əmək haqlarını da vermir. Hindistanda saxlanılan Anar Mehdiyevin anası Həmayə Bayramovanın sözlərinə görə, oğlu 3 aydır ki, Türkiyə gəmisində işləməyə gedib: ?Şirkət onu göndərib Hindistana. 3 aydır ki, qalıb orda ac-susuz. İndi də geri göndərmirlər. Oğlum ora ehtiyac üzündən gedib. Onun nə zəhmət haqqı var ki, geri dönməsi üçün ondan indi pul istəyirlər?. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Ankara və Dehlidə olan səfirliklərinə tapşırıq verilib ki, məsələ araşdırılsın. ?Araşdırma zamanı məlum oldu ki, Azərbaycan vətəndaşlarının pasportları Türkiyədədir. Yəni onların özlərində deyil. O pasportlar isə vizaların uzadılması məqsədi ilə saxlanılıb. Gəminin göyərtəsində olan vətəndaşlarımızın vəziyyəti yaxşıdır. Qida ilə təmin olunublar. Bundan başqa onlar gəmiçilik kitabçaları ilə də təmin olunublar. Onlar istədikləri zaman limana çıxıb vətənə qayıda bilərlər. Burada maddi təminat məsələsidir. Bu məsələ ilə də bağlı Türkiyədəki səfirliyimiz Türkiyənin Xarici İşlər Nazirliyinə müraciət edib. Türkiyə Xarici İşlər Nazirliyindən isə bu işin araşdırılacığı bildirilib. Və Azərbaycan vətəndaşların vətənlərinə dönmələri istiqamətində bütün işlər görüləcək?,- deyə E.Poluxov ANS TV-yə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA