Aydın Mirzəzadə: ?Müxalifət qanunlarda dəyiziklik istəyirsə, intriqaya getməkdənsə, normal təklif versin?

img

14-08-2009 [03:43]


?Müxalifətin hər hansı bir qanunvericilik təşəbbüsünün olması çox müsbətdir. Ancaq tələb sözünün özü mənə qəribə gəlir. Olmazmı ki, normal, sivil qaydada, demokratik düşüncə ilə hakimiyyətə müraciət edələr? Öz təkliflərini təqdim etsinlər. Bu qarşıdurma, konfrantasiya düşüncəsi bizim milli müxalifətin müəyyən hissəsinin təfəkküründən nə zaman silinib gedəcək? Hesab edirəm ki, müxalifət hakimiyyəti düşmən kimi yox, qarşı tərəf kimi qəbul etməlidir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə Qarabağ və Respublika Uğrunda Hərəkatının bir sıra qanunlara dəyişikliklərin edilməsi tələbinə münasibət bildirərkən deyib. Bu təşəbbüsü normal saydığını deyən A.Mirzəzadə nəzərə çatdırıb ki, bəzi qanunların dəyişilməsinə böyük ehtiyac var: ?Məsələn, ?Siyasi partiyalar haqqında? Qanun artıq 19 ildir ki, qəbul edilib. Cəmiyyət dəyişir, Konstitusiya dəyişib, amma bu qanun köhnədir. Hesab edirəm ki, nə qədər çox təkliflər olsa, bizim qanunumuz bir o qədər zəngin olar. Müxalifət qanunlarda dəyişiklik istəyirlərsə, intriqaya getməkdənsə, normal təklif versələr daha yaxşı olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA