ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə yeni tərkibdə regiona səfər edəcəklər

img

14-08-2009 [02:55]


ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər. Bu barədə ?İnterfaks-Azərbaycan? agentliyi diplomatik mənbələrə istinadən məlumat verib. İnformasiyaya görə, sentyabr ayının əvvəlində fransalı həmsədr Bernar Fasye regiona səfər etməyi planlaşdırır. Bir neçə gün sonra isə o, regiona həmsədrlərin yenilənmiş tərkibi ilə gələcək. Bu səfərlərin məqsədi Azərbaycan və Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməkdir. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın həmsədr səlahiyyətləri artıq bitib. Onu karyeralı diplomat Tina Kaidanov əvəz edəcək. Bəzi məlumatlara görə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun da səlahiyyət müdəti başa çatıb. Onun sələfinin kim olacağı açıqlanmır. /ANSPRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA