Ukrayna prezidenti Viktor Yuzzenko Dmitri Medvedevə cavab verdi

img

13-08-2009 [08:47]


Ukrayna prezidenti Viktor Yuşşenko Rusiya dövlət başçısı Dmitri Medvedevin son məktubuna cavab verib. Viktor Yuşşenkonun cavab məktubu krayna dövlət başçısının rəsmi saytında yerləşdirilib. Məktubunda Yuşenko Ukrayna-Rusiya münasibətlərinin yaxşı gələcəyinə inandığını deyib: "Mən ölkələrimizin xalqları arasındakı dərin dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan və açıq-aydın ayrı-ayrı siyasi dairələrin maraqlarından daha möhkəm olan Ukrayna-Rusiya münasibətlərinin yaxşı gələcəyinə əminəm, onlar siyasi məqamların vəziyyərindən asılı deyillər", - deyə V.Yuşenkonun məktubunda bildirilir. Yuşşenko onu da qeyd edib ki, yeni Rusiya səfirinin Kiyevə gəlişinin təxirə salınması iki ölkə arasında münasibətlərin konstruktiv inkişafına xidmət etməyəcək. ?Sizin məktubunuzda məlum iradlarınızın növbəti dəfə təkrarı əksini tapıb, onların məqsədi Ukraynanı öz tarixinə, milli maraqlarına, xarici siyasət priortetlərinə öz yanaşmasından məhrum etmək cəhdləridir. Gürcüstan silah satmağımız barədə iradlarınız da əsassızdır ?deyən Yuşşenko RF rəhbərliyni Moskva və Kiyev arasında imzalanmış sazişləri mütəmadi pozmaqda ittiham edib. Yuşenko Rusiya prezidentinin ona açıq məktubunun ?dost olmayan? ruhundan məyus olduğunu deyib. Öz saytında yayılan cavabında Ukrayna prezidenti təsdiq edib ki, ikitərəfli münasibətlərdə çox ciddi problemlər var. Amma Medvedevin indiki vəziyyətdə Rusiyanın hər hansı məsuliyyəti yoxmuş kimi davranması onun üçün sürpriz olub. Xatırladaq ki, bu həftə Rusiya prezidenti Dmitri Medvedev ukraynalı həmkarına açıq məktub göndərərk onu anti-Rusiya mövqeyi tutmaqda və NATO-ya qoşulmaq cəhdlərində ittiham edib ısının rəsmi saytında dərc olunub. Bu gün Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk da Medvedevə cavab verib. Kravçuk bildirir ki, Rusiya Ukraynaya nə etmək lazım olduğunu diqtə etməməlidir. O bildirib ki, hər iki ölkə fikir ayrılıqlarını aradan qaldırıb əməkdaşlıq üçün yollar tapmalıdır. Kravçuk deyib ki, ukraynalılar özlərinə prezident seçəcəklər, Rusiyaya yox. Ona görə də biz Rusiyanın daxili işlərinə qarışmadığımız kimi Rusiya da Ukraynanın daxili işlərinə qarışmamalıdır. Keçmiş prezident hesab edir ki, anlaşılmazlığın qarşısını almaq hər iki tərəfin işidir və onlar bunu etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA