ATƏT-in yeni amerikalı həmsədri də Azərbaycana müsbət nəsə vəd etmir

img

13-08-2009 [03:45]


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza öz vəzifələrində missiyasını başa vurduğunu açıqlayıb. Onun yerinə isə Tina Kaydanovun gələcəyi bildirilir. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən politoloq Zərdüşt Əlizadə amerikalı həmsədrin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib: ?O, ATƏT-in Minsk Qrupuna verilən tapşırığa uyğun olaraq, münaqişə tərəflərinin rəhbərlərinə müxtəlif çeşidli təkliflər hazırlayıblar ki, münaqişə tezliklə həll edilsin. Hesab edirəm ki, həm ABŞ Dövlət Departamentindən, həm də Minsk Qrupundan ona verilmiş tapşırığın öhtəsindən layiqincə gələn üç həmsədrdən biridir?. Z.Əlizadənin qənaətincə, amerikalı diplomatlar adədətən çox yüksək səviyyədə savadlı adamlar olurlar: ?Amerika prezidenti və Dövlət Departamentinin verdiyi tapşırıqları onlar yüksək intizamla həyata keçiriblər. Mətbuatda qeyd olunur ki, Tina Kaydanov Kosovonun Serbiyadan ayrılmasında çox yüksək xidmətləri olub. Mən bütün bunları əsassız bəyanat kimi qiymətləndirirəm. O, sadəcə Amerikanın dövlət maraqlarını burada təbliğ edəcək?. Politoloq Qabil Hüseynli isə Metyu Brayzanın fəaliyyətinin qənaətbəxş olmadığını deyib. Onun sözlərinə görə, keçmiş həmsədr bir-birini təkzib edən ifadələri ilə yaddaşlarda qalıb: ?Onun ictimaiyyətə açıqladığı fikirlər vətəndaşlar arasında çaşqınlığa, hətta ayrı-ayrı qurumlar arasında qarşıdurmaya qədər gətirib çıxartdı. Ermənistanda bir cür, Azərbaycanda isə tamamilə başqa cür danışan Metyu Brayza ictimai rəydə qeyri-ciddi imic qazandı. Diplomat Dağlıq Qarabağ məsələsində digər həmsədrlər kimi çox subyektiv mövqe tuturdu. Mənə elə gəlir ki, o, danışıqlar barəsində öz ölkəsinə də düzgün hesabat vermirdi. Hesab edirəm ki, keçmiş diplomat öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilmədi. Çünki münaqişənin obyektiv həll edilməsi ilə bağlı yollar axtarılıb tapılmadı?. Q.Hüseynli Amerikanın Qarabağla bağlı siyasətinə laqeyd yanaşmasına təəccüb etdiyinin bildirib: ?Kimin gəlməsindən asılı olmayaraq, münaqişə ədalətli yolla həll edilməlidir. Təbii ki, Tina Kaydanov öz ölkəsinin maraqlarının burada müdafiə edəcək. Düzdür, o, Kosovoda Amerikanın nümayəndəsi kimi işləyib və Kosovo modelinin hazırlanmasında iştirak edib. Tina Kaydanovun sələfindən fərqlənəcəyinə inanmıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA