Koreya gənclərinin Azərbaycana səfəri bazlayır

img

13-08-2009 [01:34]


Artıq 2-ci ildir ki, Azərbaycan və Koreya gəncləri iki ölkə arasında imzalanmış memaranduma əsasən Azərbaycanlı və Koreyalı gənclər sıx əlaqələr qurur, bir-birlərinin ölkələrini, tarix və adət ənənələrini daha yaxından tanımağa çalışırlar. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2250 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təsdiq edilmiş sənədə əsasən artıq ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir. Mübadilə proqramına əsasən Koreyalı gənclərdən ibarət nümayəndə heyəti 12-22 avqust tarixində ölkəmizdə səfərdə olacaqlar. Səfər çərçivəsində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Xaçmaz, Quba rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında, ali məktəblərdə görüşlər keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA