Yaxın zamanlarda Dağlıq Qarabağla bağlı çərçivə sazizi imzalana bilər

img

12-08-2009 [08:16]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Metyu Brayza görüşdən sonra keçirdiyi mətbuat konfransında ?Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini çox yüksək qiymətləndirirəm. İki ölkə prezidentinin mövqeyi o qədər yaxındır ki, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər? deyib. Həmçinin Metyu Brayza ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini başa vurduğunu da bildirib. Gələcək diplomatik fəaliyyəti ilə bağlı hər hansı açıqlama verməyən Brayza, "çox istərdi ki, bundan sonrakı fəaliyyəti də Cənubi Qafqazla bağlı olsun" deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA