Azərbaycan-Almaniya yığma komandalarının matçına biletlər əldə satılır

img

12-08-2009 [04:52]


Bu gün Avropanın yaşıl meydanlarında 2010-cu il Dünya Çempionatının seçmə qrup mərhələsinin oyunları keçiriləcək. Turnir çərçivəsində futbol üzrə Azərbaycan yığma komandası üçqat dünya və Avropa çempionu olan Alminiya futbolçuları ilə qarşılaşacaq. Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Müstəqil İnformasiya Agentliyinin (MİA) hazırda Tofiq Bəhramov adına respublika stadionunda olan əməkdaşının verdiyi xəbərə görə, futbol matçının başlamasına hələ bir neçə saat qalsa da, əlində Azərbaycan bayraqları olan mindən artıq azarkeş stadionun önünə toplaşıb. Müxbirimiz əraziyə yüzə yaxın polis əməkdaşının gətirildiyini də bildirib. MİA əməkdaşının sözlərinə görə, Azərbaycan-Almaniya yığma komandaları arasında bir neçə saat sonra keçiriləcək matçı izləmək istəyən futbol azankeşləri bilet tapmağa çətinlik çəkirlər. Onun sözlərinə görə, kassaya yaxınlaşan azarkeşlərə biletlərin satılıb qurtardığı deyilir. Amma bir neçə addım kənada ayrı-ayrı şəxslər azarkeşlərə ikiqat qiymətə bilet təklif edirlər. Qiyməti 2 manata olan biletlər dəllallar tərəfindən dörd, üzərində 4 manat yazılmış biletlər isə 8-10 manata satılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA